İsti hava nə vaxta kimi  davam edəcək? -  DİREKTOR AÇIQLADI
09 sentyabr 2024 17:33 (UTC +04:00)

İsti hava nə vaxta kimi davam edəcək? - DİREKTOR AÇIQLADI

"Sentyabrın 10, 11, 12-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz olacaq".

Bu sözləri Lent.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, Bakıda və Abşeron yarımadasında mülayim cənub-şərq küləyi əsəcək:

"Havanın temperaturu 30-33 dərəcə isti olacaq.

Bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında 30-35 dərəcə, dağlıq ərazilərdə isə 13-18 dərəcə isti olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 64038
avatar

Arzu Qurbanlı

Oxşar yazılar