“Gözlənildiyi kimi, ölkə ərazisinə cənub, cənub-şərqdən qızmar hava kütlələrinin daxil olması nəticəsində ölkə ərazisində hava şəraiti anomal isti keçir. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək yüksəlib”.
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, respublikanın Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 42 dərəcə isti qeydə alınıb: “Yaxın 2 gün ərzində isti hava şəraiti davam edəcək, yüksək temperatur müşahidə olunacaq. Buna görə əhaliyə tövsiyəmiz ondan ibarətdir ki, daha çox kölgəlik yerlərdə olsunlar”.