İran-İsrail münaqişəsi  - Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi
24 iyun 2025 00:15 (UTC +04:00)

İran-İsrail münaqişəsi - Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxan bir sıra beynəlxalq reyslər planlaşdırılmış təyinat məntəqələrinə enə bilməyib və təhlükəsizlik məqsədilə alternativ hava limanlarına yönləndirilib.

Lent.az xəbər verir ki, bu haqda Azərbaycanın beynəlxalq hava limanlarının mətbuat xidməti məlumat verib.

“Qatar Airways” aviaşirkətinin Bakı–Doha və “Kuwait Airways”in Bakı–Küveyt reysləri Səudiyyə Ərəbistanının Ciddə Beynəlxalq Hava Limanında, “Wizz Air Abu Dhabi” aviaşirkətinin Bakı–Əbu Dabi reysi isə Mədinə Beynəlxalq Hava Limanında eniş edib.

Yaranmış vəziyyət beynəlxalq aviasiya təhlükəsizliyi protokolları çərçivəsində operativ şəkildə qiymətləndirilib və sərnişinlərin, eləcə də ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər dərhal həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306

Oxşar yazılar