İnsanlar arasında ÖSKÜRƏYİN  artmasının səbəbi nədir?
02 dekabr 2021 14:11 (UTC +04:00)

İnsanlar arasında ÖSKÜRƏYİN artmasının səbəbi nədir?

Son vaxtlar Azərbaycanda insanlar arasında quru öskürək xəstəliyi artıb. Apteklərdə də vurğulayırlar ki, son günlərdə insanlar daha çox öskürək dərmanı alır.

Bəs bu nə xəstliyidir? Buna səbəb nədir?

Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Zakir Quliyev də bildirir ki, öskürək səbəbi ilə müraciət edənlərin sayı artıb:

“Bunun bir çox səbəbləri ola bilər. Qış ayları olduğu üçün insanların qidalanma alışqanlığı dəyişib və onlar ağır xəmir yeməklərinə üstünlük verirlər.

İnsanlar elə düşünür ki, ağır yeməklərlə qidalansalar, immunitetləri dahan güclü olar.  Bu cür ağır qidalar da refluks şikayətlərini artırır. Belə xəstələrdə isə öskürək ən böyük simptomlardan biridir".

Ekspertin sözlərinə görə, öskürəyə səbəb allergiya da ola bilər.

"Fəsil dəyişkənliyi olanda allergik xəstəliklər daha da aktivləşir. Yaşlı insanlarda da öskürək şikayətinin artdığı görünür. Bu da infeksiyalarla bağlı ola bilər. Qeyd edim ki, öskürəyin indiki dövrdə daha çox artmasının iki əsas səbəbi var. Qidalanma və fəsil dəyişkənliyi".

İnfeksionist Nicat Əzimli isə qeyd edir ki, quru öskürək əsasən yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri olmaqla bir çox digər xəstəliklərdə sıx rast gəlinən simptomdur:

“Son vaxtlar pandemiya ilə bağlı daha çox koronavirus xəstəliyinin əlaməti olaraq üzə çıxır. Lakin, hazırkı aylarda mövsümlə əlaqədar olaraq digər növ infeksion törədicilər də geniş yayılıb. Bura qrip xəstəliyinin törədicisi influenza virusları və rinovirus, respirator sinsitial virus, adenovirus, parainfluenza və s. əsasən bu tip yuxarı tənəffüs yolu infeksiyalar aiddir.

Hansı ki, bunlar hər mövsüm rast gəlinən, ciddi həyati təhlükə kəsb etməyən, eləcə də epidemik xüsusiyyətləri koronavirus qədər əhəmiyyətli olmayan törədicilərdir. Yenə də bunlara qarşı da məlumatlı olmaqda fayda var. Belə ki, bu viruslar da hava-damcı yolu ilə yoluxur. Qarşısını almaq üçün koronavirusla fərdi mübarizə tədbirlərinin eynisi tətbiq olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11096

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04