İki qardaş ölkənin yanğınsöndürənlərinin ALOVA QARŞI BİRGƏ MÜBARİZƏSİ
31 iyul 2021 17:10 (UTC +04:00)

İki qardaş ölkənin yanğınsöndürənlərinin ALOVA QARŞI BİRGƏ MÜBARİZƏSİ

 

Türkiyənin Marmaris vilayətinin bələdiyyəsinin göstərişi ilə ərazidə yaşayan sakinlər təxliyə edilib.

Bu barədə APA-nın hadisə yerinə ezam olunmuş müxbiri məlumat verib.

Hazırda havanın küləkli olması yanğınsöndürənlərin işini çətinləşdirib.

Hava şəraitinə baxmayaraq hadisə baş verən ərazilərin bir hissəsində yanğın lokallaşdırılıb. Yanğının söndürülməsində Türkiyə və Azərbaycandan gedən yanğınsöndürənlər birgə iştirak edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə ötən gün Fövqəladə Hallar Nazirliyinin 100 nəfər əməkdaşı Türkiyəyə yollanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2661
avatar

Oxşar yazılar