III Şuşa Qlobal Media Forumu çərçivəsində ilk panel -YENİLƏNİB
20 iyul 2025 11:51 (UTC +04:00)

III Şuşa Qlobal Media Forumu çərçivəsində ilk panel -YENİLƏNİB

III Şuşa Qlobal Media Forumu çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” paneli keçirilib.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev paneldə çıxışında media savadlılığının daha da artırılmalı olduğunu bildirib.

Hikmət Hacıyev qeyd edib ki, media savadlılığının, o cümlədən sosial media savadlılığının artırılması xüsusilə uşaqlar və məktəblilər arasında çox vacibdir.

Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Alexandru Giboi qeyd edib ki, əvvəllər yalnız qəzet və televiziya var idi, lakin indi informasiya mühiti xeyli genişlənib: “Sosial mediada müxtəlif məlumatlar yayılır və biz başa düşməliyik ki, bu məlumatları necə qəbul etməli və onlardan necə istifadə etməliyik. Media savadlılığı dezinformasiya ə düzgün məlumatların seçilməsini özündə ehtiva edir”.

“Qazcontent” ASC İdarə Heyətinin sədri Aina Zadabek nəzərə çatdırıb ki, Qazaxıstanda süni intellektlə bağlı yeni bir mərkəz açılır. Məqsəd 1 milyondan çox insanı süni intellekt barədə məlumatlandırmaqdır: “Əgər süni intellektdən məharətlə istifadə edə bilsək, bu, çox gözəl nəticələr verəcək. Xüsusilə jurnalistlər üçün süni intellektdən düzgün istifadə media savadlılığını artırmaq baxımından mühüm rol oynayacaq: Süni intellektlə işləməyi bacaran jurnalistlər informasiyanı daha dəqiq və effektiv şəkildə təqdim edə biləcəklər”.

“AnewZ”un müxbiri Oubai Şahbandar Suriya, Əfqanıstan, Ukrayna və digər müharibə zəminlərində mütəmadi olaraq vəziyyətin dəyişdiyini qeyd edib: “Məlumatların şərhi də dəyişir. Biz daha diqqətli olmalıyıq”.

“Euronews Baku” nun baş içracı redaktoru Fernando Soares bu gün dünyada siyasi qütbləşmə prosesinin müşahidə olunduğunu söyləyib: “Biz də bu məsələlərlə bağlı öz fikirlərimizi formalaşdırırıq. Bu qütbləşmənin qarşısını almaq üçün konkret addımlar atılmalıdır”.

Panel müzakirələrlə davam edib.

***

saat 10.20

“Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Medianın Dayanıqlılığının Artırılması” mövzusuna həsr olunan III Şuşa Qlobal Media Forumu davam edir.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Forum çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” paneli başlayıb.

Qeyd edək ki, Forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edir. Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb.

Forum iyulun 19-da başlayıb, iyulun 21-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar