Hesabdakı qiymət menyudakından fərqlidirsə, ödənişi necə etməliyik? - CAVAB
09 fevral 2026 12:27 (UTC +04:00)

Hesabdakı qiymət menyudakından fərqlidirsə, ödənişi necə etməliyik? - CAVAB

0

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual menyuda təqdim olunan qiymətlə hesabdakının fərqliliyi ilə bağlıdır.

Menyuda göstərilən qiymətlə, qəbzdə yazılan fərqli olduqda, müştəri ödənişi hansına əsasən ödəməlidir?

Lent.az xəbər verir ki, Mülki Məcəllənin 405-ci maddəsinə əsasən, qiymət göstərilməklə edilən təklif oferta sayılır və ofertanın qəbulu isə müqavilə yaradır.

Menyuda göstərilən qiymətlərlə məhsul sifariş etdikdə, restoranla məhz o qiymətlərə görə müqavilə bağlamış sayılırsınız. Müqavilənin şərtləri isə tərəflər üçün məcburidir və birtərəfli qaydada dəyişdirilə bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar