Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri, baş leytenant Fərid Nağıyev anadan olduğu Beyləqan rayonunda dəfn edilib.
APA-nın yerli bürosunun xəbərinə görə, şəhid hərbçi Beyləqan şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Beyləqan və Xocavənd rayon ictimaiyyətinin nümayəndələri, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Azər İbrahimov, şəhidin xidmət yoldaşları və rayon sakinləri iştirak edib.
Yaylım atəşi açılıb. Şəhidin tabutu bükülmüş Azərbaycan Bayrağı onun atasına təhvil verilib.