Həkimlərin hüquqi müdafiəsi  asanlaşdı
20 avqust 2021 15:00 (UTC +04:00)

Həkimlərin hüquqi müdafiəsi asanlaşdı

Norma Hüquq Mərkəzi Azərbaycanda ilk dəfə həkimlər və tibb personalının hüquq münasibətlərində yaranan mübahisələrinin həlli üçün “Həkimlər üçün Hüquq Paketi”ni təklif edir. Tibb işçiləri üçün abunə hüquq xidmətləri paketini yaratmaqda məqsəd, onlayn rejimdə hüququn istənilən sahəsinə aid həkimləri maraqlandıran məsələlərə dair məsləhət almaq və hüquqi yardım imkanı yaratmaqdır.

“Həkimlər üçün Hüquq Paketi”nin bir illik abunə haqqı cəmi 219 manatdır. İl ərzində müraciət isə limitsizdir. Xidmət paketinə qoşulan həkimlər və tibb personalı Norma Hüquq Mərkəzinin 24/7 fəaliyyət göstərən çağrı mərkəzindən rahatlıqla hüquqi dəstək ala biləcəklər.

Bundan əlavə, “Həkimlər üçün Hüquq Paketi”nə abunə olan tibb işçilərinə göstəriləcək xidmətlərə məhkəmə mübahisələri üzrə iddia ərizələrinin tərtib edilməsi, dövlət orqanlarına və özəl təşkilatlara şikayət ərizələrinin tərtib edilməsi, dövlət orqanlarına və özəl təşkilatlarla yazışmaların aparılması, həkimləri maraqlandıran məsələlərlə bağlı sorğuların tərtib edilməsi, müqavilə və sənədlərin hüququi ekspertizası və rəyin verilməsi, onlayn qaydada sayt üzərindən hüquqi məsləhətlərin verilməsi, oflayn rejimdə ofisdə qəbul və hüquqi məsləhətin verilməsi də daxildir.

Norma Hüquq Mərkəzinin əsas üstünlüklərindən biri də müraciətlərinizi onlayn etmək imkanınızın olmasıdır. Ölkədə və ölkədən kənarda olan hər kəs sadəcə “norma.az” saytından qeydiyyatdan keçməklə istənilən hüquqi məsələsini həll edə, məsləhət ala bilər.

Abunə olmaq və xidmətlərimiz haqqında əlavə məlumat üçün *0005 qaynar xətt və ya +994514240005 (WhatsApp) nömrələrimizlə əlaqə saxlaya bilərsiniz.

Ünvan: Fikrət Əmirov küç., 2/67 (Hökümət evinin yanı)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3738
avatar

Oxşar yazılar