Bu gün ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub.
Bu sözləri Lent.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, bəzi yerlərdə isə qar yağıb:
“Yağan qarın hündürlüyü bəzi rayonlarda 20-23 sm, dağlıq rayonlarda isə 46 sm qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 9-u axşamadək davam edəcək. Fevralın 10-u mülayim cənub-şərq küləyi əsəcək. Yağıntılı hava şəraiti fevralın 10-u gündüz saatlarınadək davam edəcək. Ölkə ərazisində hava şəraiti həftəsonunda sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir”.