Yaxın üç gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Lent.az-a açıqlamasında bildirib ki, dekabrın 9, 10 və 11-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək.
Onun sözlərinə görə, bəzi yerlərdə hava şəraitinin çiskinli və yağıntılı olması gözlənilir:
“Şimal-şərq küləyi əsəcək, havanın temperaturu 5-9 dərəcə isti olacaq. Lakin şərq rayonlarında hava yağıntılı olacaq. Havanın temperaturu 7-10 dərəcə isti, dağlıq ərazilərdə isə 0-4 dərəcə şaxta olacaq”.