Hava ilə bağlı XƏBƏRDARLIQ   - Güclü yağış yağacaq
25 avqust 2021 13:43 (UTC +04:00)

Hava ilə bağlı XƏBƏRDARLIQ - Güclü yağış yağacaq

Hava ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 26-27-də gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, Böyük Qafqazın bəzi dağlıq rayonlarında yağışın intensivləşəcəyi gözlənilir.

Dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

 

# 14043
avatar

Oxşar yazılar