Hava ilə bağlı  XƏBƏRDARLIQ
22 fevral 2023 00:05 (UTC +04:00)

Hava ilə bağlı XƏBƏRDARLIQ

Bu ilin yaz və yay aylarında Yer kürəsini daha bir hava şoku gözləyir. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu nəticəyə Global Water Monitor Consortium (Su Mühitinin Monitorinqi üzrə Beynəlxalq Konsorsium) tərkibindəki iqlimşünaslar qrupu gəlib. Alimlər qeyd ediblər ki, müvafiq dəyişikliklər bu və ya digər şəkildə suyun təsiri altında baş verir, bəşəriyyəti 2023-cü ildə quraqlıq və daşqınlar gözləyir.

Avstraliya, Avstriya, Hollandiya və Səudiyyə Ərəbistanından olan tədqiqatçılar izah ediblər ki, onlar peyk müşahidələrindən, hava stansiyalarının qeydlərindən və hava proqnozu modellərindən alınan məlumatlardan giriş kimi istifadə edirlər.

Alimlər qeyd ediblər ki, planetin iqlimi suyun dünya miqyasında dövriyyəsindən, o cümlədən cənubdan şimala Peru cərəyanından asılıdır. Beləliklə, ekvatorial Sakit okeanın mərkəzi və şərq hissələrində suyun temperaturu normadan aşağı olur, əsən küləklər güclənir.

2022-ci ildə havanın temperaturu artıb və rütubət aşağı olub. Bu səbəbdən Pakistan və Avstraliyada daşqınlar, Çin və Avropada isə həddindən artıq istilər olub. Şimali və Cənubi Amerikada quraqlıq olub.

“Şübhəsiz ki, isti dalğalar və qəfil quraqlıqlar daha tez-tez baş verəcək. Biz qlobal istiləşmənin buzlaqlara və soyuq bölgələrdə su dövriyyəsinə təsirinin sübutlarını görürük”, -  ANU yanında Fenner adına Ətraf Mühit və Cəmiyyət Məktəbinin Su Dinamikası və Landşaft Mərkəzinin professoru, aparıcı müəllif Albert van Deyk deyib.

Onun sözlərinə görə, Pakistanda daşqınlar buzların əriməsi ilə əlaqədar olub. Mütəxəssis iddia edir ki, bu, buzlaqlar yox olana qədər davam edəcək. Eyni zamanda, o qeyd edib ki, hidroloji və atmosfer tsikllərinin uzanması ilə bağlı nəticə çıxarmaq hələ tezdir.

“Əgər bu, həqiqətən də belədirsə, daha uzun quraqlıqlar və şiddətli daşqınlarla bağlı çoxlu problemlər olacaq”, - van Deyk qeyd edib. dedi.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19185
avatar

Oxşar yazılar