Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu sürücülərin sərxoşluğunun yoxlanılması ilə əlaqədardır.
Əksər sürücülər hansı hallarda sərxoşluq müayinəsindən keçməli olduqlarını bilmirlər. Bəziləri elə bilir ki, avtomobilin şüşələrinin buxar olması onların sərxoşluq müayinəsindən keçməsinə əsas verir.
Bəs yol polisi nə zaman sürücünün sərxoş olub-olmadığını alkotester cihazı vasitəsilə yoxlaya bilər?
Rubrikamızın sualına “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev aydınlıq gətirib. O bildirib ki, yol polisi yalnız qoxu və sürücünün davranışına əsasən, onu alkotesterlə müayinə edə bilər.
Daha ətraflı video izləyin: