Hansı əməllər avtoxuliqanlıq  sayılır? - AÇIQLAMA
23 may 2024 15:38 (UTC +04:00)

Hansı əməllər avtoxuliqanlıq sayılır? - AÇIQLAMA

Avtomobil nəqliyyat vasitəsi olsa da, bəziləri ondan başqa təyinatlarda istifadə edir. Məsələn, əyləncə - avtoxuliqanlıq. Əvvəllər qanunvericilikdə hansı halların avtoxuliqanlıq olması ilə bağlı dəqiq müddəa yox idisə, bu aradan qaldırılıb. Artıq hər manevr etmə qaydasını pozma, ötmə əməliyyatını düzgün yerinə yetirməmə avtoxuliqanlıq sayılmır.

Maraqlıdır bəs, qanuna əsasən, hansı əməllər avtoxuliqanlıq sayılır?

Lent.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, avtoxuliqanlıq üçün 3 əsas şərt götürülür:

“2021-ci ildə müvafiq dəyişikliklər oldu. 511-ci maddəsinin yeni reaksiyası avtoxuliqanlığın 3 variantını müəyyən edir. Hansı hərəkətlərin, əməllərin törədilməsinin avtoxuliqanlığın tərkibini yaratması ilə bağlı qaydalar konkretləşib.

Burda üç əsas göstərilir. Birincisi odur ki, aşkar surətdə iki və ya daha çox avtomobilin iştirakı ilə sürət yarışının keçirilməsi.

İkincisi mexaniki nəqliyyat vasitəsinin, yəni avtomobilin və yaxud motosikletin ən azı bir təkərinin yer səthindən qaldırılaraq idarə edilməsi.

Üçüncü əsas isə avtomobili qəflətən sürətləndirməklə təkərin yer səthi ilə sürtünməsi səslərinin çıxarılması, həmçinin yer səthində çoxlu sayda təkər izlərinin buraxılması.

Avtoxuliqanlıq edən şəxs sərxoş olarsa, sürücülük hüququ yoxdursa və 3 aydan çox vaxtı keçmiş cəriməsi varsa, maşın cərimə meydançasına yerləşdirilə bilər”.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, avtoxuliqanlığa görə məsuliyyətə cəlbetmə müddəti 3 aydır. Eyni zamanda, avtoxuliqanlıq cinayət yol-nəqliyyat hadisəsi deyil, ictimaiyyət əleyhinə edilmiş inzibati xətadır.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq xətasının anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə və fərqli şərhlərə səbəb olurdu. 2021-ci ildə avtoxuliqanlıq xətasının törədilmə üsullarının dəqiq müəyyən edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12798
avatar

Fidan İlqar

Oxşar yazılar