İlin әvvәlindәn ölkә әhalisinin sayı 40 971 nәfәr vә ya 0,4 faiz artaraq 2020-ci il sentyabr ayının 1-i vәziyyәtinә 10 108 079 nәfәrә çatıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, əhalinin sayının 52,8 faizini şәhәr, 47,2 faizini kәnd sakinlәri, 49,9 faizini kişilәr, 50,1 faizini isә qadınlar tәşkil edir. Әhalinin bir kvadrat kilometrә düşәn sayı 117 nәfәr olub.