Güzəştli şərtlərlə təqaüd alanla bağlı pensiyanın yenidən hesablanması necə aparılır? - CAVAB
01 avqust 2024 18:28 (UTC +04:00)

Güzəştli şərtlərlə təqaüd alanla bağlı pensiyanın yenidən hesablanması necə aparılır? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu güzəştli şərtlərlə təqaüd alanla bağlı pensiyanın yenidən hesablanması ilə bağlıdır.

Maraqlıdır, görəsən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablanma aparıldıqdan sonra 6 il tamam olmadan işdən azad olunarsa, pensiyanın yenidən hesablanması necə aparılır?

Lent.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qanunun 9-cu və 45-ci maddələrinin 29 iyun 2022-ci il tarixindən sonra qüvvədə olan mətninə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı 144-dən işlədiyi aylar çıxılır və müvafiq dövr üzrə toplanmış kapital qalan ayların sayına bölünür.
Məsələn 1)  01.03.2019-ci ildə 57 yaşında güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxıb. 01.08.2022-ci ildə işdən çıxıb. 01.03.2019-01.08.2022-ci illərdəki kapitalı (90%-lə) nəzərə alınmaqla 103-ə bölünməlidir ((144 ay -41 ay pensiyadan sonra işdən çıxdığı dövrədək ayların sayı=103).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14085
avatar

Arzu Qurbanlı

Oxşar yazılar