Güclü leysan olacaq, dolu düşəcək... - PROQNOZ
25 sentyabr 2021 22:02 (UTC +04:00)

Güclü leysan olacaq, dolu düşəcək... - PROQNOZ

Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq Quba-Qusar rayonu və Şimal  zonasının bəzi yerlərində  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, bəzi yerlərdə güclü leysan olacağı, dolu düşəcəyi ehtimalı var.  Prosesin gecə saat 02.00-dan başlanması və ən intensiv dövrün səhər saat 07.00-dək davam edəcəyi gözlənilir. 

Çaylarda sululuğun artacağı, Qusarçay,  Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay  çaylarından qısamüddətli  daşqın və sel keçəcəyi ehtimalı var. 

Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m /s dək güclənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5987

Oxşar yazılar