Güclü küləklə bağlı əhaliyə  MÜRACİƏT
03 aprel 2022 12:10 (UTC +04:00)

Güclü küləklə bağlı əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 4-də gün ərzində ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi, bəzi yerlərdə xüsusilə şiddətlənəcəyi proqnozlaşdırılır.

Lent.az bildirir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Güclü küləyin baş verə biləcək yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına da ciddi riayət edilməlidir.

Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2820
avatar

Oxşar yazılar