Gömrük Komitəsinə İspaniya barədə niyə müraciət edildi? -  XƏSTƏLİK
04 avqust 2021 17:24 (UTC +04:00)

Gömrük Komitəsinə İspaniya barədə niyə müraciət edildi? - XƏSTƏLİK

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İspaniya Krallığının Balear adalarında blutanq xəstəliyi qeydə alınıb.

AQTA-dan Lent.az-a verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İspaniya Krallığının Balear adalarından bütün növ diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İspaniya Krallığından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2166
avatar

Oxşar yazılar