Generalın oğlu təhdid etdiyi keçmiş sevgilisindən  üzr istədi - YENİLƏNİB
28 yanvar 2026 18:33 (UTC +04:00)

Generalın oğlu təhdid etdiyi keçmiş sevgilisindən üzr istədi - YENİLƏNİB

0

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov keçmiş sevgilisindən üzr istəyib.

Lent.az-ın məlumatına görə, bu barədə R.Orucovun keçmiş sevgilisi Nərmin Xudaverdiyeva məlumat verib.

O bildirib ki, paylaşımdan sonra polis əməkdaşları məsələni dərhal nəzarətə götürüblər və araşdırmalar başlanılıb:

"Dünən məni Nərimanov Rayon Polis İdarəsinə dəvət etdilər. Rüstəm Orucovu da idarəyə çağırdılar. O, əvvəlcə sosial şəbəkələrdə etdiyi əməlləri təkzib etsə də, Nərimanov Rayon Polis İdarəsində törətdiyi əməlləri boynuna alıb və yazılı surətdə etdiyi əməldən peşman olduğunu bildirdi.

Rüstəm Orucov anamdan və məndən üzr istəyərək, gələcəkdə bir də belə hallara yol verməyəcəyini bildirdi. Buna görə də şikayətimi geri götürdüm.

Operativ və obyektiv yanaşmaya görə Daxili İşlər Nazirliyinə və Nərimanov Rayon Polis İdarəsinə öz təşəkkürümü bildirirəm".

***

26 yanvar, saat 15:09

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun əvvəlki sevgilisinə qarşı hədə-qorxu gəldiyi irəli sürülür.

Lent.az-ın məlumatına görə, Nərmin Xudaverdiyeva bu barədə sosial şəbəkə hesabında paylaşım edərək təhdidə məruz qaldığını bildirib.

N.Xudaverdiyeva qeyd edib ki, Rüstəm Orucov ona evlilik təklifi edib və bir ildən çox münasibətdə olublar:

"Lakin hər münasibətdə problem olduğu kimi, bizdə də bəzi məsələlər oldu, ayrıldıq. Oktyabrdan isə yeni münasibətə başladım. Bunu öyrənən Rüstəm Orucov məni təhdid etməyə başladı. O, bunu həzm etməyərək evimizə gəlib maşınıma ziyan vurur, məni təhqir edib. Haqqımda neqativ fikirlər səsləndirib. Bu günə qədər polisə şikayət etməmişəm.

Dünən isə mənim adımdan feyk profil açaraq özünə ondan ötrü darıxdığımı yazıb və hazırda münasibətim olduğu insana göndərib. Təbii ki, burada məqsəd bizim münasibətimizi bitirmək olub. Artıq canımdan bezmişəm, yaşamaq istəmirəm. Keçmiş məmurun övladı olduğuna güvənib məni əzməyi düşünür".

Bildirilib ki, hadisə ilə əlaqədar Nərmin Xudaverdiyeva hüquq-mühafizə orqanlarına müraciət edib.

Xatırladaq ki, Rüstəm Orucov 2017-ci ildə xuliqanlıq və avtoxuliqanlıq iddiaları ilə saxlanılıb və daha sonra məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1352

Oxşar yazılar