Şəhid Orxan Yusubov
04 iyun 2021 14:28 (UTC +04:00)

Şəhid Orxan Yusubov

Gəncədə daha bir şəhid dəfn olundu - FOTO

Vətən müharibəsində şəhid olan əsgər Orxan Yusubov Gəncədə dəfn olunub.

APA-nın xəbərinə görə, şəhid hərbçinin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, şəhər İcra Hakimiyyətinin təmsilçiləri, hərbçilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Yusubov Orxan Allahverdi oğlu 1992-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşinin tapılması haqda iyunun 3-də məlumat yayılıb.

# 1494
avatar

Oxşar yazılar