Gediş haqqının artırılmasına RƏSMİ REAKSİYA
01 sentyabr 2025 12:26 (UTC +04:00)

Gediş haqqının artırılmasına RƏSMİ REAKSİYA

İctimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib.

Lent.az xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edək ki, son dövrlər mətbuatda və sosial şəbəkələrdə ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə fikirlər səsləndirilir. Lakin dövlət qurumları tərəfindən açıqlanan məlumatlarda bu məsələ öz təsdiqini tapmayıb. Belə ki, bundan öncə "Bakı metropoliteni" QSC-dən də mediaya açıqlamada metropolitendə tariflərin tənzimlənməsi ilə bağlı hansısa məlumatın olmadığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 938

Oxşar yazılar