Gecə klubunda yaralanan Seneqal vətəndaşından XƏBƏR VAR
11 aprel 2022 09:24 (UTC +04:00)

Gecə klubunda yaralanan Seneqal vətəndaşından XƏBƏR VAR

"Seneqal vətəndaşı ağ ciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır".

Lent.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumatda bildirilib ki, gecə klubunda baş vermiş partlayış zamanı yaralanan Seneqal vətəndaşının vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur. Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2682
avatar

Fidan İlqar

Oxşar yazılar