Professor Lalə Əlizadə
21 mart 2026 10:13 (UTC +04:00)

Professor Lalə Əlizadə

"Füzulinin qızı" vəfat etdi

0

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya onun ailəsi məlumat verib.

Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib.

O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, Lalə Əlizadə 1950-ci ildə anadan olub. “Azərbaycan müəllimi” qəzetin, Bakıda yerləşən müxtəlif məktəblərdə, 1989-cu ildən isə Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim kimi fəaliyyət göstərib.

Elmi yaradıcılığı boyu Məhəmməd Füzulinin irsinin araşdırılması ilə məşğul olub. Alimin "Füzulinin gizli sözü" (1989), "Füzulini tədris edərkən" (1995), "Böyük Füzulinin yadigarı" (1996), "Məhəmməd Füzuli" (2009) tədqiqat əsərləri işıq üzü görüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 536

Oxşar yazılar