Türkiyəli jurnalist Fulya Öztürk sosial şəbəkələrdə Türkiyəyə gedən azərbaycanlı yanğınsöndürənlər haqqında xoşagəlməz ifadələr işlədən həkimin cavabını verib.
APA TV xəbər verir ki, jurnalist bu barədə aparıcısı olduğu verilişdə danışıb. Fulya Öztürk Azərbaycan əsgərinin əleyhinə danışan həkimin videosunu görəndə əsəbiləşdiyini deyib.