Astana hava limanında güclü duman səbəbindən “Lufthansa”nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.
AZAL-dan Lent.az-a verilən məlumata görə, göyərtəsində 123 sərnişin olan "Airbus A330" təyyarəsi yerli vaxtla saat 6:58-də Bakı hava limanına enib.
Hava gəmisi kapitanının qərarı ilə saat 8:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.