"Formula 1"ə görə Bakı kəndlərinə MÜRACİƏT:  Maşınsız gəlin
09 sentyabr 2024 10:46 (UTC +04:00)

"Formula 1"ə görə Bakı kəndlərinə MÜRACİƏT: Maşınsız gəlin

“2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxt  ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi  İdarəsinin hərəkət iştirakçılarına müraciət edib.

Lent.az xəbər verir ki, müraciətdə deyilir:

"Bakı şəhərində keçiriləcək “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabr ayının 13-dən 15-dək  Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3201
avatar

Arzu Qurbanlı

Oxşar yazılar