“Final” yağ markası  fiziki məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirib ®  - VİDEO
01 iyun 2022 10:53 (UTC +04:00)

“Final” yağ markası  fiziki məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirib ® - VİDEO

Hər zaman sosial məsələlərə qayğısı ilə seçilən “Final” yağları i 1 iyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibəti ilə təbdir keçirib. 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisində keçirilən tədbirdə fiziki məhdudiyyətli uşaqlarla unudulmaz gün yaşanıb.

“Sonsuz sevgiylə, təbəssümlə, ürəklə, sizinlə!” şüarı ilə həyata keçən tədbirdə uşaqlarla əyləncəli oyunlar keçirilib, onlara  müxtəlif hədiyyələr verilib. “Final” əməkdaşlarının xüsusi diqqətlə seçdiyi hədiyyələr və göstərdikləri  qayğı uşaqların sevincinə səbəb olub.

Uşaqların təbəssümünün böyüklərə ən böyük hədiyyə olduğuna inanan “Final”ın bu tədbiri keçirməkdə  məqsədi fiziki məhdudiyyətli uşaqları sevindirmək, onlarla möhtəşəm bir gün keçirmək olub. İllərdir istehlakçıların sevimlisi olan “Final”, verdiyi  hədiyyələr ilə də uşaqların xoşbəxt təbəssümünə səbəb olub.

Tədbirin videosunu aşağıdakı linkdən izləyə bilərsiniz:

“Final” yağ markası fiziki məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2220
avatar

Oxşar yazılar