“FHN Prezidentin dəstəyi ilə yüksək maddi-texniki təchizatla təmin olunub” -  Kəmaləddin Heydərov
16 dekabr 2021 10:15 (UTC +04:00)

“FHN Prezidentin dəstəyi ilə yüksək maddi-texniki təchizatla təmin olunub” - Kəmaləddin Heydərov

"Bu gün Fövqəladə Hallar Nazirliyinin yaranmasından 16 il keçir".

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Fövqəladə hallar naziri deyib ki, FHN əhalinin təhlükəsiz yaşamasını təmin etmək məqsədilə yaradılıb: “FHN Prezidentin dəstəyi ilə yüksək maddi-texniki təchizatla təmin olunub”.

K.Heydərov qeyd edib ki, belə çevik nazirliyin yaranması vacib idi: “Əvvəllər başqa qurumların tabeliyində olan strukturlar bu işləri həyata keçirirdi, ancaq bu strukturların bir nazirlikdə cəmləşməsi vacib idi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1620
avatar

Oxşar yazılar