Fövqəladə Hallar Nazirliyi (FHN) fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirdiyi tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması və fövqəladə hallarla bağlı davranış qaydaları üzrə əhalinin maarifləndirilməsi üçün Nazirliyin rəsmi internet saytı və sosial şəbəkə səhifələrindən fəal şəkildə istifadə edir.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu çərçivədə, vətəndaşların informasiya mənbəyi kimi sosial şəbəkələrə getdikcə artan tələbatını nəzərə alaraq, nazirliyin rəsmi “Telegram” kanalı istifadəyə verilib. “Fövqəladə Hallar Nazirliyinin rəsmi kanalı” (https://t.me/fhn_official) adı ilə ictimaiyyətə təqdim olunan kanalda nazirliyin fəaliyyəti, keçirilən tədbirlər barədə, habelə maarifləndirici xarakterli materialların paylaşılması nəzərdə tutulub.
Qeyd edək ki, aziliyin Facebook (@officialfhn), Twitter (@officialfhn), İnstagram (@officialfhn) sosial şəbəkə səhifələri, habelə Youtube kanalı (FHN Official) uzun müddətdir fəaliyyət göstərir.