Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Lent.az-ın məlumatına görə, APA-nınn Türkiyəyə ezam olunmuş müxbiri Səlcuq Elçin xəbər verir ki, FHN-in əməkdaşları tərəfindən Kahramanmaraşın Kuddisi Baba bulvarı prospektindəki binanın dağıntıları altından uşaq və kişi meyitini çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.