Fəaliyyətini dayandıran pandemiya xəstəxanalarının SAYI AÇIQLANDI  -YENİLƏNİB
30 mart 2022 16:04 (UTC +04:00)

Fəaliyyətini dayandıran pandemiya xəstəxanalarının SAYI AÇIQLANDI -YENİLƏNİB

Hazırda 46 pandemiya tibb müəssisəsindən 7-si fəaliyyətini davam etdirir.

COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, Respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb. Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılmışdır.

Məsələ ilə əlaqədar olaraq, bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədi ilə, coğrafi yerləşmələri nəzərə alınmaqla növbəti təlimat verilənədək 7 saylı Uşaq Yoluxucu Xəstəxanası, FHN Modul, Quba Rayon Mərkəzi Xəstəxanası, Kiliniki Tibbi Mərkəzi, Gəncə Modul, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Pandemiya tibb müəssisəsi kimi fəaliyyəti dayandırılıb. Masallı Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti isə qismən davam edir.  Eyni zamanda, qəbulu planlaşdırılan COVİD xəstələrinin müvafiq ərazi üzrə digər müəssisələrə yönləndirilməsi təşkil  edilir. Belə ki, hazırda 46 pandemiya tibb müəssisəsindən 7- i fəaliyyətini davam etdirir.

Bakı/Abşeron bölgəsi üzrə 4 tibb müəssisəsi - Yeni Klinika, Mərkəzi Gömrük Xəstəxanası, Məhəmmədli modul,  Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETACXİ), qərb bölgəsi üzrə 2 tibb müəssisəsi - Ağdaş Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Kür Qəsəbə Xəstəxanası, cənub bölgəsi üzrə 1 tibb müəssisəsi - Masallı Rayon Mərkəzi Xəstəxanası Fəaliyyətini qismən davam etdirir.

 

 

***

12:15

 

“COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir”. 

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Zamirə Ədilova bildirilib.

O qeyd edib ki, respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb: “Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb”. 

Bildirilib ki, bölgələrdə və Bakıda COVID-19-la mübarizəyə cəlb edilmiş bəzi xəstəxanalarda ənənəvi xidmət bərpa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7587
avatar

Fidan İlqar

Oxşar yazılar