Fəaliyyəti qadağan edilən vəkillərlə bağlı  YENİ QƏRAR
05 may 2021 18:42 (UTC +04:00)

Fəaliyyəti qadağan edilən vəkillərlə bağlı YENİ QƏRAR

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

Lent.az xəbər verir ki, iclası giriş sözü ilə açan kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib, bəzi məsələlər müzakirə edilib.

Rəyasət Heyətinin iclasında vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad edilmə ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilmişdir.

İclasda Ramazan bayramı ərəfəsində humanizm prinsipi rəhbər tutularaq İradə Cavadova, Şəhla Hümbətova və Türkel Süleymanlının vəkillik fəaliyyəti dayandırılaraq vəkillər kollegiyasının üzvlüyündən xaric olunma barədə məhkəməyə edilmiş iddialardan imtina edilərək fəaliyyətlərinin bərpa olunmaları ilə bağlı qərar qəbul edilmişdir.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir. Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2514
avatar

Nigar Adil

Oxşar yazılar