
Əsirlikdən yenicə dönən Şahbaz Quliyevin anası vəfat etdi

Ötən ilin dekabr ayında Ermənistanda girovluqdan azad edilən Şahbaz Quliyevin anası Sənəm Quliyeva vəfat edib.
Lent.az bildirir ki, bu barədə “qafqazinfo”ya mərhumun oğlu İlham Quliyev məlumat verib.
Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlar 2020-ci il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması zamanı Bakıya gətiriliblər.
Bir müddət xəstəxanada müalicə aldıqdan sonra evlərinə buraxılmışdılar. Sosial şəbəkələrdə Şahbaz Quliyevin anası ilə görüşünü əks etdirən videogörüntülər də yayılmışdı.

Oxşar yazılar

Mehriban Əliyeva xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
8 mart 2021 , 10:13
Peşəsi ilə sağollaşmağa hazırlaşan rəisin sirlərini öyrəndik: “Polis səngərsiz əsgərdir” - MÜSAHİBƏ
8 mart 2021 , 10:00
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2021 , 00:01
Küləkli havada avtomobillərinizi bu yerlərdə saxlamayın - XƏBƏRDARLIQ
7 mart 2021 , 16:57
Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi
7 mart 2021 , 16:30
İki şagird imtahandan qovuldu
7 mart 2021 , 16:18
Dövlət qulluqçusu olmaq istəyənlər üçün bu imtahanlar başa çatdı-NƏTİCƏLƏR
7 mart 2021 , 16:01
Azərbaycanda son sutkada koronavirusa yoluxma 400-ü ötdü
7 mart 2021 , 14:33