Ermənistan silahlı qüvvələri MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTDU  - RƏSMİ - VİDEO
28 iyun 2021 00:03 (UTC +04:00)

Ermənistan silahlı qüvvələri MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTDU - RƏSMİ - VİDEO

 

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

# 4599
avatar

Oxşar yazılar