Ermənilərdən növbəti dezinformasiya - YALANDIR!
16 avqust 2021 21:37 (UTC +04:00)

Ermənilərdən növbəti dezinformasiya - YALANDIR!

Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2937
avatar

Oxşar yazılar