Ermənilər Kəlbəcəri  YENƏ ATƏŞƏ TUTDU
16 avqust 2021 20:17 (UTC +04:00)

Ermənilər Kəlbəcəri YENƏ ATƏŞƏ TUTDU

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 16-sı saat 18:45-dən 19:30-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2100
avatar

Oxşar yazılar