Daxili İşlər Nazirliyi Sabirabadda məktəbli qızın ailə qurmasına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a bildirib ki, faktla bağlı Sabirabad rayon Polis Şöbəsində bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb:
“Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb.
Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq".
***
14:03
Azərbaycanda məktəbli qız evləndirilib.
Bu barədə Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlıumat verib. O bildirib ki, toy Sabirabad rayonunda olub:
“Sabirabad rayonu Qəzli kəndində 9 cu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacam, ananın adı isə Zöhrədir”.