Emin Əmrullayevə yeni müavin təyin olundu
31 yanvar 2023 12:44 (UTC +04:00)

Emin Əmrullayevə yeni müavin təyin olundu

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli nazir müavini təyin edilib.

Lent.az xəbər verir ki, Həsən Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.

2015-2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

İngilis və rus dillərini bilir.

Ailəlidir, iki övladı var.

# 1791
avatar

Oxşar yazılar

Bakıda 50 minə  mobil nömrə satılır

Bakıda 50 minə mobil nömrə satılır

23 mart 2023 , 19:12
Sabah yağış yağacaq, duman olacaq - PROQNOZ

Sabah yağış yağacaq, duman olacaq - PROQNOZ

23 mart 2023 , 12:20
"Azəriqaz"ın "Başdan ayağa" aksiya davam edir - VİDEO

"Azəriqaz"ın "Başdan ayağa" aksiya davam edir - VİDEO

23 mart 2023 , 11:34
İstirahət günləri regionların HAVASI

İstirahət günləri regionların HAVASI

23 mart 2023 , 11:24
Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıb

23 mart 2023 , 00:01
Bakının bu küçəsində hərəkət dayandırılır

Bakının bu küçəsində hərəkət dayandırılır

22 mart 2023 , 17:12
“Azerçay” milyonların izlədiyi aşpazı Masallıya dəvət etdi

“Azerçay” milyonların izlədiyi aşpazı Masallıya dəvət etdi

22 mart 2023 , 13:07
Sabah 22 dərəcə  isti olacaq

Sabah 22 dərəcə isti olacaq

22 mart 2023 , 12:55