Əmək haqlarından hansı hallarda pul tutula bilər?
08 iyul 2021 14:25 (UTC +04:00)

Əmək haqlarından hansı hallarda pul tutula bilər?

Əmək Məcəlləsinin 176-cı maddəsində əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması müəyyən edilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən Lent.az-a verilən məlumata görə, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının 20 %-dən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50 %-dən artıq ola bilməz:

"Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının 50 %-i saxlanmalıdır.

Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3636
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar