Əlinizə baxaraq keçəlləşməyə meyilli  olub-olmadığınızı anlayın
25 iyul 2025 18:33 (UTC +04:00)

Əlinizə baxaraq keçəlləşməyə meyilli olub-olmadığınızı anlayın

Yeni araşdırma göstərdi ki, kişilərdə anadangəlmə hormon səviyyələri andogen tipli saç tökülməsini öncədən xəbər verə bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, kişilərdə barmaq uzunluğu ilə keçəlləşmə riski arasında maraqlı bir əlaqə mövcuddur. 

“Barmaqlarınıza baxın – keçəlləşmə risqini anlayın”

Amerikalı həkim Coe izah edir:

“Kişinin keçəlləşməyə meyilli olub-olmadığını anlamağın sadə bir yolu var — barmaqlarınıza baxmaq kifayətdir".

Əgər üzüyünüz (4-cü barmaq) şəhadət barmağınızdan (2-ci barmaq) uzundursa, gələcəkdə keçəlləşmə riskiniz 6 dəfə yüksəkdir.

Bu mif deyil – elmidir

Həkimin sözlərinə görə, bu üsul geniş yayılmış yanlış inanclara, məsələn, keçəlləşmənin yalnız anadan miras qalması fikrinə əsaslanmır. Əslində, hər şey bətndaxili hormon səviyyələri ilə bağlıdır.

“Əgər üzük barmağınız şəhadət barmağından uzundursa, bu, doğulmamışdan öncə yüksək testosteron səviyyələrinə məruz qaldığınızı göstərir".

Mexanizm necə işləyir?

Yaş artdıqca saç follikulları DHT (dihidrotestosteron) hormonuna qarşı daha həssas olurlar. Bu hormon zamanla saç follikullarını zəiflədir və nəticədə saçlar tökülməyə başlayır. Əgər bətndə yüksək testosterona məruz qalmısınızsa, DHT-yə həssaslığınız da artmış olur.

2023-cü ildə “Dermatologic Therapy” jurnalında dərc olunan bir araşdırma göstərib ki, 2D:4D nisbəti aşağı olan (yəni üzük barmağı daha uzun olan) kişilərdə keçəlləşmə riski əhəmiyyətli dərəcədə yüksəkdir.

Vacib qeyd

Bu yalnız güclü bir korrelyasiyadır, yəni əlaqə mövcuddur, amma bu mütləq diaqnoz deyil. Yəni barmaq uzunluğu keçəlləşməni 100 faiz proqnozlaşdırmır.

Sosial mediada reaksiya

Coenin videosu TikTok-da böyük rezonans doğurub. İzləyicilər barmaqlarını müqayisə edərək şərhlərdə fikirlərini bölüşüblər:

“Məndə üzük barmağı uzun... amma yalnız sağ əlimdə"!

“Ailədəki bütün kişilərdən əllərinin şəklini istədim"!

“Bəs qadınlar necə? Mənim də saçlarım seyrəkləşir və üzük barmağım daha uzundur".

“Cavab ovucdadır... daha doğrusu, barmaqlarda".

Unutmayın

Bu məlumat yalnız maarifləndirici xarakter daşıyır və həkim məsləhətini əvəz etmir. Sağlamlığınızla bağlı suallarınız üçün həmişə ixtisaslı həkimə müraciət edin. Özbaşına diaqnoz və ya müalicə ilə məşğul olmayın.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591

Oxşar yazılar