Ərturqut Əliyev və Aytək Yusifova
20 iyul 2021 13:01 (UTC +04:00)

Ərturqut Əliyev və Aytək Yusifova

Elçibəyin oğlunun toyu olacaq – Nişanlısı ilə FOTOLARI-YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ailə qurmağa hazırlaşır.

Lent. az Ərturqut Əliyevin və gələcək həyat yoldaşı Aytək Yusifovanın fotolarını əldə edib.

Qeyd edək ki, Aytək Yusifova Ə.Elçibəyin silahdaşlarından olmuş qohumu Mirhadi Yusiflinin qızıdır.

***

Saat 10:35

Mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev evlənir.

Lent.az xəbər verir ki, bu haqda Elçibəyin kürəkəni Aqil Səmədbəyli məlumat paylaşıb.

Onun sözlərinə görə, qaynı Ərturqut Əliyev Əbülfəz bəyin silahdaşı olmuş həmkəndlisi və qohumu Mirhadi müəllimin qızı Aytək xanımla ailə həyatı quracaq.

İyulun 22-si Naxçıvanda qız toyu, iyulun 30-da isə Bakıda oğlan toyu olacaq.

Qeyd edək ki, Elçibəyin oğlu Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyində çalışır.

# 17865
avatar

Oxşar yazılar