Dünyanın  ən yaxşı otelləri   - SİYAHI
16 may 2022 19:51 (UTC +04:00)

Dünyanın ən yaxşı otelləri - SİYAHI

Kosta Rikada yerləşən “Tulemar Bungalows & Villas” beynəlxalq Travellers' Choice 2022 mükafatına görə dünyanın ən yaxşı oteli seçilib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, tam siyahı TripAdvisor onlayn xidmətinin saytında dərc olunub.

“Tulemar Bungalows & Villas”ın Sakit okeana baxan bir təpənin yamacında cəngəllikdə yerləşdiyi bildirilir. Otelin yerləşdiyi yerdən əlavə, turistləri xidmət səviyyəsi, təmizliyi və təbii mənzərələri cəlb edir.

“Tulemar Bungalows & Villas" oteli

İkinci yerdə Qramaduda (Braziliya) yerləşən “Colline de France” oteli qərarlaşıb. Otelin qonaqları müəssisənin italyan üslubunu qeyd edərək, onu dünyanın ən romantik otelləri siyahısında birinci yerə qoyublar. Qonaqlar heyətin xidmətini də yüksək qiymətləndiriblər.

“Colline de France” oteli

Üçüncü yeri Yunanıstandak “İkos Aria” tutub - beşulduzlu otel geniş qumlu çimərliyi, təmiz dənizi və "gözəl adaya açılan mənzərələri" ilə turistləri fəth edib. Digər şeylərlə yanaşı, müasir üslub və ənənəvi qonaqpərvərliyin vəhdəti istirahətçiləri cəlb edir.

“İkos Aria” oteli

Ən yaxşı yerləşdirmə yerləri arasında Maldiv adaları, İndoneziya, İsveçrə, Türkiyə, İspaniya və Misirdəki bir neçə otel də var. Siyahıya müxtəlif formatlı otellər daxildir - ailəvi kurortlardan tutmuş dağlardakı tənha dağ evlərinə və su üzərindəki bunqalovlara qədər.

Qeyd olunur ki, reytinq dünyanın müxtəlif ölkələrindən səyahətçilərin “TripAdvisor” saytında il ərzində etdikləri milyonlarla şərh və rəylər əsasında tərtib edilib.


 

# 2544
avatar

Oxşar yazılar