Dünya əhalisinin beşdə biri təhlükəli istilərə məruz qalacaq.
Lent.az xəbər verir ki, bu barədə “Exeter” və “Nankinq” universitetlərinin alimləri danışıb.
Məlumata görə, 2100-cü ilə qədər qlobal istiləşmə pik nöqtəyə çatacaq. Buna görə də kifayət qədər ciddi tədbirlər görülməlidir.
Alimlərin sözlərinə görə, təxminən 60 milyon insan artıq təhlükəli istilərə məruz qalıb. 2100-cü ilə qədər isə bu rəqəm iki milyarda qədər çatacağı ehtimal olunur.
Qlobal istiləşmə zamanı temperatur 3,6-4,4 dərəcə Selsi yüksəldikdə, dünya əhalisinin yarısı əlverişli iqlim yuvasından kənarda qala bilər. Bu da onun mövcudluğuna “ekzistensial risk” yaradacaq.