Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Soltan oğlu Bağırovu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.
Sərəncama əsasən Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək onun səlahiyyətlərinin icrası müvəqqəti sədrin birinci müavini Şahin Bağırova həvalə edilib.
Lent.az Şahin Bağırovun dosyesini təqdim edir.
Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.
1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.
Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib. 2004-cü ildə həmin akademiyanın aspiranturasını başa vuraraq iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.
2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenı alıb.
2014-cü ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin edilib.
2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenı alıb.
2014-cü ilin yanvar ayından Azərbaycan Respublikasının DGK sədrinin müavini vəzifəsində çalışır.
Bu il fevralın 3-də prezidentin müavfiq sərəncamı ilə ona gömrük xidməti general-leytenantı rütbəsi verilib.
Qeyd edək ki, Şahin Bağırovla bağlı məlumatlarda onun 4 il öncə Dövlət Gömrük Komitəsindəki vəzifəsindən azad edildiyi də bildirilib.