DİQQƏT : Bu küçələrdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır
02 sentyabr 2025 21:53 (UTC +04:00)

DİQQƏT: Bu küçələrdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır

0

3 sentyabr tarixində saat 08:00-dan etibarən, Xəqani küçəsi ilə Bülbül prospekti istiqamətində aparılacaq asfalt bərpa işləri ilə əlaqədar olaraq, günün müəyyən saatlarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Lent.az-a verilən məlumatıa görə, bu məhdudiyyətlər 19–21 sentyabr tarixlərində keçiriləcək “Formula 1” Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.

Bakı Şəhər Halqası sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edir və sakinlərin göstərdiyi anlayışa görə əvvəlcədən təşəkkürünü bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar