Bakının bir küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, bu gün saat 21-00-dan sabah saat 6-00-dək Nərimanov rayonunun Mirzə Uluqbəy küçəsində, Əhməd Rəcəbli və Faiq Yusifov küçələri arasında qalan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Məhdudlaşdırmanın həmin ərazidə aparılacaq təmir işləri ilə əlaqədar olduğu bildirilir.
AAYDA sürücülərə aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə edir.