"Demirəm ki, anadangəlmə dünya gözəli idim" - Lalə Məmmədova
30 avqust 2021 16:44 (UTC +04:00)

"Demirəm ki, anadangəlmə dünya gözəli idim" - Lalə Məmmədova

"Üzümdə təkcə burnuma müdaxilə etdirmişəm".

Lent.az xəbər verir ki,  bu sözləri Əməkdar artist Lalə Məmmədova "Ziq-zaq" proqramında deyib. Müğənni etdirdiyi plastik əməliyyatlardan danışıb:

"Plastik əməliyyatlarımın sayını itirmişəm. Başqaları kimi demirəm ki, oturdum, anadangəlmə dünya gözəli idim.  Ana olmuşam, iki övlad dünyaya gətirmişəm. Səhnə adamıyam, nə cür olmalı idi? Elə qadınlar var ki, səhnə adamı deyil, amma özlərinə baxır. Şişirtməklə yox, kəsib-doğramaqla dəyişirəm. Bir şey varsa, gözümə görünürsə, kəsib yox edirəm. Bu mənim daxilimdir, oynanılası nəsə yoxdur".

L.Məmmədova sosial şəbəkədə yeni görünüşünün tənqid edilməsinə münasibət bildirib:

"İnsanları da anlayıram. Amma kiminsə burnu, qulağı xoşuma gəlməsə, yazmaram, niyə bu gündəsən. Gərək daşdan, divardan olasan ki, həmin sözlər sənə təsir etməsin. O qədər həyatları gözəl osun ki, girib mənə nəsə yazmağa vaxtı olmasın".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4812
avatar

Oxşar yazılar