Daha bir marşrut xətti "BakıKart"a keçdi
08 aprel 2023 09:53 (UTC +04:00)

Daha bir marşrut xətti "BakıKart"a keçdi

Bakıda daha bir marşrut xətti kartla ödənişə keçir.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 10-dan “Azadlıq Prospekti” metro stansiyası (S.S.Axundov küçəsi) ilə Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2289
avatar

Oxşar yazılar